Seninem.Az > İdman > Rəşad Sadıqov Çexiya ilə oyundan sonra milli komandada karyerasını bitirəcək
Rəşad Sadıqov Çexiya ilə oyundan sonra milli komandada karyerasını bitirəcəkTarix: 2-10-2017, 18:20. Müəllif: admin |
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq. Leqal.info-nun Apasport.az-a istinadən məlumatına görə, bunu AFFA-nın rəsmi saytı açıqlayıb. 35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımın atmasını belə izah edib: “Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”. Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub. Geri Qayıt |