Seninem.Az > İdman > Prezident İlham Əliyev yığma komandamızın oyununu izləyib
Prezident İlham Əliyev yığma komandamızın oyununu izləyibTarix: 25-09-2017, 22:15. Müəllif: admin |
|
Sentyabrın 25-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq dörddəbir finala yüksəlib. Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb. Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan voleybolçuları 3:1 hesabı ilə qalib gəliblər. Milli komandamız əvvəlki görüşlərdə Macarıstan və Polşa yığmalarına 3:0 hesabı ilə qalib gəlib. Dörddəbir finala birbaşa vəsiqənin digər sahibləri isə İtaliya, Rusiya və Serbiya milli komandalarıdır. ![]() ![]() ![]() ![]() ![]()
Geri Qayıt |