Seninem.Az > İdman > 2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibi məlum olub

2024 və 2028-ci il Yay Olimpiya Oyunlarının ev sahibi məlum olub


Tarix: 14-09-2017, 16:00. Müəllif: admin
2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi bu barədə qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib.

Qərara əsasən, 2024-cü ildə Olimpiadanı Fransanın paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.

Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt