Seninem.Az > İdman > Misir tarixində ilk dəfə qalib gəldi - DÇ-2026
Misir tarixində ilk dəfə qalib gəldi - DÇ-2026Tarix: Bu gün, 10:29. Müəllif: admin2 |
Misir komandası tarixində ilk dəfə dünya çempionatında qalib gəlib.Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya ilə qarşılaşıb. Redaktor.az xəbər verir ki, "BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesabı ilə qələbə qazanıblar. Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xal əldə ediblər. Misir komandası tarixində ilk dəfə dünya çempionatında qalib gəlib. Onlar əvvəllər çempionatda səkkiz oyun keçirmiş, üç heç-heçə etmiş və beşində məğlub olmuşdular. Geri Qayıt |