Seninem.Az > İdman > "Sabah"ın baş məşqçisini itkilər qayğılandırmır

"Sabah"ın baş məşqçisini itkilər qayğılandırmır


Tarix: 5-05-2025, 07:32. Müəllif: admin2
Misli Premyer Liqasının 33-cü turunda "Araz-Naxçıvan"ın qonağı olacaq "Sabah" oyunun hazırlıqlarını davam etdirir.
"Sabah"ın baş məşqçisini itkilər qayğılandırmır
"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, baş məşqçi Vasili Berezutski "qırmızı-ağlar"a qarşı yalnız mövsümü başa vurduğu öncədən bəlli olan Amin Seydiyevi oynada bilməyəcək:

"Seydiyevi nəzərə almasaq, itki yoxdur. Komanda "Araz-Naxçıvan"la oyuna tam heyətlə hazırlaşır".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Sabah" qarşılaşması mayın 3-də keçiriləcək. "Liv Bona Dea Arena"da baş tutacaq matçın start fiti 19:30-da səsləndiriləcək. 32 tura 54 xal toplayan Muxtar Respublika təmsilçisi turnir cədvəlinin 3-ci, 40 xalı olan Masazır komandası isə 5-ci pilləsində mövqe tutub.

Nihatскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt