Seninem.Az > İdman > Azərbaycan Basketbol Liqası: "Gəncə" "Sumqayıt"la qarşılaşacaq
Azərbaycan Basketbol Liqası: "Gəncə" "Sumqayıt"la qarşılaşacaqTarix: 11-12-2024, 08:15. Müəllif: admin2 |
|
Azərbaycan Basketbol Liqasının B qrupunda lider olan "Gəncə" komandası bu gün "Sumqayıt"la qarşılaşacaq. "Report"un məlumatına görə, Sumqayıt şəhərində təşkil olunacaq V turun oyunu saat 14:00-da start götürəcək. Gəncə klubu 8 xalla birinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi B qrupunda 4 xalla sonuncu-altıncı sıradadır. Qeyd edək ki, turun əvvəlki dörd matçında "Quba" "Ordu"ya (101:75), "Sərhədçi" NTD-yə (84:79), "Abşeron" "Neftçi"yə (72:56), "Sabah" "Naxçıvan"a qalib gəlib. "Şəki" - "Lənkəran" oyunu isə dekabrın 8-də baş tutacaq. Geri Qayıt |