Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > Paralimpiyaçımız Almaniyada gümüş medal qazandı
Paralimpiyaçımız Almaniyada gümüş medal qazandıTarix: 15-05-2023, 12:23. Müəllif: admin2 |
Azərbaycan para-üzgüçüsü Raman Saley Almaniyanın paytaxtı Berlində keçirilən paraüzgüçülük üzrə dünya seriyası yarışında gümüş medal qazanıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi 100 metrə arxası üstə üzmədə 1:01.09 nəticə göstərib. 29 yaşlı idmançı bu nəticə ilə ikinci yeri tutub. Qeyd edək ki, dünya seriyasında üç idmançı ilə təmsil olunan Azərbaycan millisi ümumilikdə 4 gümüş medal qazanıb. Geri Qayıt |