Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcəkTarix: 17-02-2023, 12:48. Müəllif: admin2 |
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. 14 xalla sonuncu pillədə qərarlaşan “Kəpəz” 16 xalla 8-ci sırada yer alan “Şamaxı”nı qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatında 32 dəfə üz-üzə gəliblər. Bunların 7-də Gəncə təmsilçisi, 17-də Şamaxı klubu qələbə qazanıb. 8 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “sarı-göylər” rəqibindən geri qalır – 31:54. Son üç qarşılaşmada hər iki komanda qol vurub. “Kəpəz” üç oyundur uduzmur. Azərbaycan Premyer Liqası XXIII tur 17 fevral (cümə) 14:00. “Kəpəz” – “Şamaxı” Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev Gəncə şəhər stadionu. Qeyd edək ki, turun “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” matçları fevralın 18-də, “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” görüşləri isə fevralın 19-da keçiriləcək. Geri Qayıt |