Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > Bu gün 1/4 finalın son iştirakçıları bəlli olacaq
Bu gün 1/4 finalın son iştirakçıları bəlli olacaqTarix: 6-12-2022, 11:11. Müəllif: admin2 |
Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq. Bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq. Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək. 1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olacaq. DÇ-2022 1/8 final 6 dekabr 19:00. Mərakeş - İspaniya Baş hakim: Fernando Rapallini (Argentina) “Edyukeyşn Siti” stadionu 23:00. Portuqaliya - İsveçrə Baş hakim: Sesar Arturo Ramos (Meksika) “Lusail” stadionu Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar. Geri Qayıt |