Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > Bu gün qrup mərhələsinə yekun vurulacaq
Bu gün qrup mərhələsinə yekun vurulacaqTarix: 2-12-2022, 10:01. Müəllif: admin2 |
Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq. G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq. G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar. H qrupunda isə millisi minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər. DÇ-2022 Qrup mərhələsi, III tur 2 dekabr H qrupu 19:00. Qana - Uruqvay 19:00. Cənubi Koreya - Portuqaliya Xal durumu: Portuqaliya - 6, Qana - 3, Cənubi Koreya - 1, Uruqvay - 1. G qrupu 23:00. Kamerun - Braziliya 23:00. Serbiya - İsveçrə Xal durumu: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1. Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər. Geri Qayıt |