Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > İlham Zəkiyev dünya çempionatında finala yüksəldi
İlham Zəkiyev dünya çempionatında finala yüksəldiTarix: 10-11-2022, 09:41. Müəllif: admin2 |
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib. 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib. Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq. Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal görüşlərinə çıxacaqlar. Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən 73 kq-da Namik Abbaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıb. Geri Qayıt |