Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > İngiltərə İtaliyaya, Almaniya Macarıstana uduzdu
İngiltərə İtaliyaya, Almaniya Macarıstana uduzduTarix: 24-09-2022, 10:18. Müəllif: admin2 |
UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci turun növbəti oyunları keçirilib. A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub. A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edib. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirmişdi. Bu azmış kimi, İngiltərə yığması bu turda da İtaliyaya uduzmaqla B Liqasına düşüb. Macarlar isə Almaniyada da qələbə qazanmaqla dördlər finalına bir qədər də yaxınlaşıblar. B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina Monteneqro ilə ev oyunundan qalib ayrılmaqla A Liqasına yüksəlib. Finlandiya isə Rumıniya ilə sülhə razılaşıb. Gürcüstan millisi C Liqasının 4-cü qrupunda Şimali Makedoniyanı məğlub etməklə B Liqasında yerini təmin edib. Bolqarıstan isə Cəbəllütariqlə matçda darmadağına imza atıb. Nəhayət, D Liqasında Estoniya Maltanı qəbul edib. Meydan sahiblərinə C Liqasına yüksəlmək üçün heç-heçə də kifayət edirdi. Amma estonlar buna qələbə ilə nail olublar. UEFA Millətlər Liqası Qrup mərhələsi, 5-ci tur 23 Sentyabr A Liqası, 3-cü qrup Almaniya – Macarıstan 0:1 Qol: Salai, 17. İtaliya – İngiltərə 1:0 Qol: Raspadori, 68. Xal: Macarıstan – 10. İtaliya – 8. Almaniya – 6. İngiltərə – 2. B Liqası, 3-cü qrup Bosniya və Herseqovina – Monteneqro 1:0 Qol: Dəmiroviç, 45+1. Finlandiya – Rumıniya 1:1 Qol: Pukki, 12 – Tanase, 52. Xal: Bosniya və Herseqovina – 11. Monteneqro – 7. Finlandiya – 5. Rumıniya – 4. C Liqası, 4-cü qrup Gürcüstan – Şimali Makedoniya 2:0 Qol: Miyovski, 35-öz qapısına. Kvaratsxeliya, 64. Bolqarıstan – Cəbəllütariq 5:1 Qol: Antov, 23. Despodov, 36. Kirilov, 52. Stefanov, 55. Petkov, 81 – Çipolina, 26. Xal: Gürcüstan – 13. Şimali Makedoniya – 7. Bolqarıstan – 6. Cəbəllütariq – 1. D Liqası, 2-ci qrup Estoniya – Malta 2:1 Qol: Sappinen, 45+6-pen. Anier, 86 – Teuma, 51-pen. Xal: Estoniya – 9. Malta – 6. San Marino – 0. Geri Qayıt |