Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > Daha 3 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır
Daha 3 güləşçimiz dünya çempionatında mübarizəyə başlayırTarix: 16-09-2022, 13:41. Müəllif: admin2 |
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Yarışın yeddinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizəyə qoşulacaq. Əliabbas Rzazadə (57 kq) 1/16 finalda koreyalı Sunqvon Kimlə qarşılaşacaq. Turan Bayramov (74 kq) 1/16 finalda bolqarıstanlı Miroslav Kirovla üz-üzə gələcək. Osman Nurmaqomedov (92 kq) 1/8 finalda Strahinja Despiç (Serbiya) - Maksvel Qarita (Kosta-Rika) görüşünün qalibiylə güləşəcək. Geri Qayıt |