Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > "Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - SİYAHI
"Qarabağ"ın bütün potensial rəqibləri müəyyənləşdi - SİYAHITarix: 26-08-2022, 10:01. Müəllif: admin2 |
UEFA Avropa Liqasında qrup mərhələsinin bütün iştirakçıları bəlli olub. Pley-off mərhələsinin cavab matçlarından sonra qrupda mübarizə aparacaq 32 komanda müəyyənləşib. Bununla da Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın bütün potensial rəqiblərinin adına aydınlıq gəlib. Püşkatmaya 2-ci səbətdən qoşulacaq Ağdam klubu digər səbətlərdəki komandalardan biri ilə eyni qrupa düşəcək. 1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan) 2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan) 3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə) 4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə) Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atlacaq. Geri Qayıt |