Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > Əliyar Ağayev pley-off oyununa təyinat aldı
Əliyar Ağayev pley-off oyununa təyinat aldıTarix: 13-08-2022, 09:53. Müəllif: admin2 |
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb. 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək. Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. Qeyd edək ki, avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Geri Qayıt |