Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > İlin ən yaxşı gənc futbolçusu adına namizədlər AÇIQLANDI
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər AÇIQLANDITarix: 13-08-2022, 09:25. Müəllif: admin2 |
Kamavinqa, Qavi, Bellinqem, Saka, Musiala ilin ən yaxşı gənc oyunçusu mükafatına iddialılar arasındadır. İlin ən yaxşı gənc futbolçusu seçilən Raymon Kop kubokuna namizədlərin adları açıqlanıb. Mükafat 2018-ci ildən “France Football” tərəfindən təqdim edilir. 21 yaşdan kiçik oyunçular üçün nəzərdə tutulur. Bu ilin ən yaxşı on namizədi aşağıdakılardır: Kərim Adeyemi (“Zalsburq”/Borussiya, Almaniya) Cud Bellinqem (“Borussiya”, İngiltərə) Eduardo Kamavinqa (“Real” Madrid, Fransa) Qavi (“Barselona”, İspaniya) Rayan Qravenberx (“Ayaks”/Bavariya, Niderland) Nunu Mendeş (PSJ, Portuqaliya) Camal Musiala (“Bavariya”, Almaniya) Yoşko Qvardiol (“Leypsiq”, Xorvatiya) Bukayo Saka (“Arsenal”, İngiltərə) Florian Virts (“Bayer”, Almaniya). Qalib oktyabrın 17-də “Qızıl top” mükafatının təntənəli təqdimetmə mərasimində elan olunacaq. Geri Qayıt |