Seninem.Az > İdman / Manşet Yuxarı / Manşet Sağ > "Qarabağ"ın rəqibi Bakıya qələbə ilə gəlir
"Qarabağ"ın rəqibi Bakıya qələbə ilə gəlirTarix: 1-08-2022, 08:44. Müəllif: admin2 |
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ferentsvaroş” klubu Macarıstan çempionatında mübarizəyə başlayıb. Budapeşt təmsilçisi “Puşkaş Akademiyası” komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 90+4-cü dəqiqədə Kristof Zakariassen vurub. Qeyd edək ki, “Qarabağ” “Ferentsvaroş”la ilk oyununu avqustun 3-də evdə, cavab matçını avqustun 9-da səfərdə keçirəcək. Geri Qayıt |