Seninem.Az > İdman / Manşet Yuxarı > Avropa çempionatı: Azərbaycanın minifutbol millisi finala yüksəlib
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi finala yüksəlibTarix: 10-06-2022, 23:37. Müəllif: admin |
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. Leqal.info-nun məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb. Rəqib iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanovv 18-ci, Tural Nərimanov isə 26-cı dəqiqədə bərabərlik qollarını vurub. Oyunda son nöqtəni isə 32-ci dəqiqədə Samir Həmzəyev qoyub. Beləliklə, Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə, tarixi nailiyyətə imza atıb. Finalda rəqib Bolqarıstan - Rumıniya duelinin qalibi olacaq. Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Slovakiyaya 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə yenib - 4:3. Avropa çempionatı Yarımfinal 10 iyun 20:30. Azərbaycan - Qazaxıstan - 3:2 Qollar: Bəxtiyar Soltanov, 18. Tural Nərimanov, 26. Samir Həmzəyev, 32 - Şaxrur Xaşimov, 9. Medet Kudaybergenov, 20 Koşitse (Slovakiya), "Steel Arena" Geri Qayıt |