2022-ci ilin ən yaxşı futbolçusu seçilir - Səsvermə başladı

2022-ci ilin ən yaxşı futbolçusu seçilir - Səsvermə başladı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) öz rəsmi saytında 2022-ci ilin ən yaxşı futbolçusu mükafatının qalibi üçün azarkeşlərin səsverməsinə başlandığını elan edib.
Siyahıda Madrid “Real”ının hücumçusu Kərim Benzemanın, Qətərdə keçirilən DÇ-2022-nin ən yaxşı oyunçusu seçilmiş Lionel Messinin, eləcə də son dünya çempionatının bombardiri olmuş Fransa millisinin futbolçusu Kilian Mbappenin adı var.
Siyahıda olan digər futbolçular isə bunlardır:

Xulian Alvares (Argentina, “Mançester Siti”)

Jud Bellinqem (İngiltərə, “Borussiya” Dortmund)

Kevin De Brüyne (Belçika, “Mançester Siti”)

Erlinq Haalland (Norveç, “Mançester Siti”)

Aşraf Hakimi (Mərakeş, PSJ)

Robert Levandovski (Polşa, “Barselona”)

Luka Modriç (Xorvatiya, “Real”)

Neymar (Braziliya, PSJ)

Məhəmməd Salah (Misir, “Liverpul”)

Vinisius Junior (Braziliya, “Real”)скачать dle 10.6фильмы бесплатно
13-01-2023, 09:26
Baxıs: 317
Reyting: