Azərbaycanda daha 570 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1 784 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 787 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 771 530 nəfər müalicə olunaraq sağalıb, 9 473 nəfər vəfat edib. 6 934 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 847, bu günə qədər isə ümumilikdə 6 579 163 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
3-03-2022, 19:00
Baxıs: 45 209
Reyting: