Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq

Azərbaycanda ilk dəfə Qış Olimpiya Oyunları canlı yayımlanmayacaq.

Leqal.info-nun məlumatına görə, Çinin paytaxtı Pekində keçiriləcək olimpiadanı heç bir telekanal ekranlara gətirməyəcək.

Daha əvvəl Pxençxan-2018 "İdman TV"də, Soçi-2014 və Vankuver-2010 "İctimai TV"də yayımlanıb.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.скачать dle 10.6фильмы бесплатно
18-01-2022, 21:38
Baxıs: 39 470
Reyting: