Şuşada yol qəzası

Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayon, Şəfəq qəsəbə sakini hərbçi - MAXE Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.

Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, həlak olan hərbçimiz MAXE Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.скачать dle 10.6фильмы бесплатно
14-01-2021, 14:48
Baxıs: 38 881
Reyting: