Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 2 nəfər koronavirusa yoluxub, ölən olmayıb


Tarix: 6-06-2022, 20:00. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 833, bu günə qədər isə ümumilikdə 6 909 386 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt