Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda koronavirusa sutkalıq yoluxma 2000-i keçib
Azərbaycanda koronavirusa sutkalıq yoluxma 2000-i keçibTarix: 25-01-2022, 17:30. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 636 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib. 10 533 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 525, bu günə qədər isə ümumilikdə 6 081 949 test icra olunub. Geri Qayıt |