Seninem.Az > Siyasət / Manşet Yuxarı > Azərbaycanın XİN başçısı Ermənistandakı seçkilərə münasibət bildirib

Azərbaycanın XİN başçısı Ermənistandakı seçkilərə münasibət bildirib


Tarix: 21-06-2021, 14:00. Müəllif: admin
“Ermənistanda dərin siyasi böhran yaranmışdı. Bunun məntiqi nəticəsi olaraq orada növbədənkənar parlament seçkiləri keçirilib və yeni hökumətin formalaşması gözlənilir. Hesab edirik ki, bu proseslərin nəticəsi olaraq Ermənistan siyasi rəhbərliyi həmin böhranın real nəticələrini düzgün başa düşəcək və düzgün nəticələr çıxaracaq”.

Leqal.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyanatların şərtlərinin yerinə yetirilməsi üçün geniş iş görülsə də, bu sahədə bəzi ləngimələr müşahidə olunub: “Bunun əsas səbəbləri Ermənistanda müşahidə olunan siyasi böhran idi”.

“Bir çoxları Ermənistanda bu siyasi böhranın əsas səbəbini Ermənistanın 44 günlük II Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətdə görürlər. Belə bir siyasi böhranın səbəbi Ermənistanın uzun illər ərazində beynəlxalq hüququ pozaraq 20-ci əsrin sonda və 21-ci əsrdə dövlətlərin beynəlxalq sərhədlərinin güc yolu ilə dəyişdirməsi cəhdi, qonşu ölkəyə qarşı həyata keçirdiyi təcavüz olub”, - nazir vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt