Azərbaycanda avtomobil ana və iki azyaşlı uşağını vurub: ÖLƏN VAR

Azərbaycanda avtomobil ana və iki azyaşlı uşağını vurub: ÖLƏN VAR

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Vəlvələ kəndi ərazində qeydə alınıb.

Quba rayon sakini Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.

Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.
APAскачать dle 10.6фильмы бесплатно
10-10-2022, 10:30
Baxıs: 313
Reyting: