allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanıldı - FOTOLAR » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanıldı - FOTOLAR

Marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanıldı - FOTOLAR

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən nəzarət tədbirləri zamanı narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Kamran Umarovla Rəsul İsmayılovun idarə etdikləri VAZ-21011 və VAZ-2107 markalı avtomobillər saxlanılıb.

Yoxlama zamanı hər iki sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi müəyyən olunub və onlarda sərxoşluq əlamətləri hiss edildiyindən şöbəyə gətiriliblər. Təyin edilən ekspertizanın da nəticəsinə əsasən K.Umarov və R.İsmayılovun marixuana çəkdikləri sübuta yetirilib.

Keçirilən növbəti tədbir zamanı isə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən Qullar kənd sakini Bağır Məmmədov saxlanılıb. Araşdırma zamanı onun marixuana qəbul edib, VAZ-2114 markalı avtomobillə taksi xidməti göstərdiyi məlum olub.
Hər üç sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə sürücülük hüququndan məhrum ediliblər.




08:12
Baxıs: 33760
Reyting: