Bakıda 3 nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır

Bakıda 3 nəfəri avtomobil vurub, vəziyyətləri ağırdır

Bakının Xətai, Xəzər və Nərimanov rayonlarında yol qəzaları zamanı üç piyada ağır xəsarət alıb.

Hadisələrin hər üçü də yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb.

Əhmədli qəsəbəsində yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Həsənxanova Marina Eduard qızını minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb.

Digər analoji hadisə Qum adası ərazisində baş verib. 1996-ci il təvəllüdlü Heydərov Altun Vüqar oğlunu yük maşını vurub. Həmin şəxs ağır bədən xəsarətləri alıb.

Bakı Nəqliyyat Agentliyinin qarşısında – yolun müəyyən edilməmiş hissəsindən keçən 1964-cü il təvəllüdlü Göyüşov Müslüm Gülüstan oğlunu da maşın vurub. Yaralı piyada qapalı kəllə-beyin travması sağ bud sümüyünün sınığı diaqnozları ilə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Hər üç faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar aparılır.//APAскачать dle 10.6фильмы бесплатно
23-07-2022, 09:48
Baxıs: 327
Reyting: