Bir həftə əvvəl Qarabağ kanalında batan yeniyetmənin meyiti tapıldı

Mayın 29-da Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.

Bu barədə "Leqal.info"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.скачать dle 10.6фильмы бесплатно
4-06-2022, 15:17
Baxıs: 31 316
Reyting: