Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Leqal.info xəbər verir ki, bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May - Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

10:03
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Leqal.info-nun xəbərinə görə, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.скачать dle 10.6фильмы бесплатно
23-05-2022, 19:46
Baxıs: 23 650
Reyting: