Milli Məclisin sədri İsveçrəyə rəsmi səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına rəsmi səfər edib.

Bu barədə Leqal.info-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürix hava limanında nümayəndə heyətini İsveçrə Parlamentinin Protokol Xidmətinin rəhbəri Filip Barezvil, ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно
9-05-2022, 21:19
Baxıs: 28 957
Reyting: