Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb və bu səbəbdən sərnişinlər "28 may" stansiyasında qatardan düşürülüb.

"Leqal.info" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bundan sonra köməkçi qatar xəttə buraxılıb: "Təlimat tələblərinə uyğun olaraq həmin qatardan da sərnişinlər düşürülüb. Qatar xətdən çıxarılır, buna görə də xətdə 10-12 dəqiqə yubanma yaranıb. Amma qatarlararası interval qorunub saxlanılır".скачать dle 10.6фильмы бесплатно
23-04-2022, 13:22
Baxıs: 37 265
Reyting: