Ermənistanın növbəti hoqqası - Xankəndinin qazını kim kəsib?

"Ermənistan Azərbaycan barədə dezinformasiya yaymaqda davam edir. Həmin yalan informasiyalardan biri də guya son vaxtlar Azərbaycanın Xankəndinə gələn qaz xəttində qazı kəsməsi ilə bağlıdır. Bu məlumatın heç bir əsası yoxdur. Əslində isə həmin əməlləri ermənilərin özləri törədirlər".


Bunu Leqal.info-ya açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ermənilər Xankəndinə gələn qazı kəsməklə Azərbaycanın orada yaşayan əhalini hədəfə aldığı və sıxışdırdığı görüntüsünü yaratmağa çalışırlar: "Bu məsələnin Azərbaycana heç bir aiddiyəti yoxdur və Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır. Bəzi beynəlxalq təşkilatlar və dairələr isə ermənilərin bu dezinformasiyası əsasında hay-küy yaratmağa cəhd edirlər. Bununla da ölkəmizə təzyiq göstərmək istəyirlər. Azərbaycan isə hər zaman olduğu kimi bu gün də sülhün tərəfdarıdır. 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azad edib. Hətta qalib tərəf kimi məğlub Ermənistana dəfələrlə sülh müqaviləsi imzalamağı təklif edib. Lakin İrəvanda hakimiyyətdə olanlar hər dəfə uydurma bəhanələrlə bundan yayınmağa çalışırlar".скачать dle 10.6фильмы бесплатно
23-03-2022, 17:22
Baxıs: 45 386
Reyting: