Azərbaycanda daha 6 113 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Leqal.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 18 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 676 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 633 994 nəfər müalicə olunaraq sağalıb, 8 797 nəfər vəfat edib. 33 635 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 272, bu günə qədər isə ümumilikdə 6 208 402 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
3-02-2022, 16:00
Baxıs: 33 407
Reyting: