allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlandı - FOTO » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlandı - FOTO

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlandı - FOTO

Lənkəranda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış VAZ-2107 markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
09:06
Baxıs: 297840
Reyting: