Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidentini təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə Leqal.info-ya Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.скачать dle 10.6фильмы бесплатно
28-10-2021, 20:16
Baxıs: 38 724
Reyting: