Türkiyə XTQ komandanı: "Azərbaycanla birgə təlimlər bundan sonra da davam edəcək"

“Üç qardaş-2021” təlimi uğurla tamamlandı".

Leqal.info-nun xəbərinə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) komandanı general-leytenant Ömer Ertuğrul Erbakan Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimdə deyib.

"Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcək. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcək", - o vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
21-09-2021, 11:20
Baxıs: 20 686
Reyting: