İki türk həkim Xərçəngin vaksinini tapdı - 2023-də satılacaq

Özlem Türeci ve Uğur Şahin koronavirus peyvəndi ilə bütün dünyaya ümid oldu. Türeci və Şahin indi isə yaratdıqları xərçəng dərmanı ilə gündəmdədirlər.

"BioNTech" tərəfindən yaradılan mRNA bazalı, 'BNT111' adlı xərçəng dərmanı ilk dəfə xəstə üzərində sınaqlarına başlanılıb.

Şirkət BNT111 adlı yeni xərçəng dərmanının ilkin sınaqlarının uğurlu olduğunu açıqlayıb. mRNA texnologiyası ilə yaradılan yeni xərçəng dərmanının monoklonal antitel dərmanı olduğu deyilən 'Libtayo' ilə qarışdırılıb. Bu dərman müalicəsi indiyə qədər mümkün olmayan dəri xərçənginin sağalmasında istifadə ediləcək.

Türeci və Şahin daha əvvəl dəri xərçəngi dərmanının 2023-cü ildə bazarda olacağını bildirmişdi. Dərman ilk etapda 120 nəfər üzərində sınanılacaq.

Dərmanın yaradıcıları uzun müddətdir bunun üzərində çalışdıqlarını, lakin araya koronovirusun girdiyini qeyd ediblər:

"Xərçəngə qarşı mübarizədə üzərində çalışdığımız nRNA texnologiyasını koronavirus vaksinində də tətbiq etdik. mRNA korona peyvəndinin yaradılmasında çox böyük kömək oldu. Xərçəngə qarşı peyvəndlərə inandıq. Başlanğıcda araşdırma üçün lazım olan maddi imkan yox idi. İndi isə korona vaksini sataraq bu gücə çatmış olduq". /medicina.azскачать dle 10.6фильмы бесплатно
15-07-2021, 23:30
Baxıs: 33 541
Reyting: