“Onlara ən yüksək cərimə tətbiq edilib”

Acınohur ərazisində ev quşlarına təlim keçərkən qanunu pozan şəxslərin adları açıqlanıb.

Leqal.info xəbər verir ki, bu barədə feysbukda yayımlanan “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər qanunvericiliyə uyğun olaraq, ən yüksək məbləğdə cərimə olunublar: “Rubel Muhammad barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi, 1 baş boz durnanı qanunsuz ovlayan Raşad İcaber adlı şəxs və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovladığına görə Abdulmaced Çemçi barəsində 272.3-cü maddə üzrə protokol tərtib olunub. Onlara qanunvericilikdə nəzərdə tutulmuş ən yüksək cərimə tətbiq edilib- İnzibati Xətalar Məcəlləsinin maddələri və Nazirlər Kabinetinin 176 nömrəli qərarı ilə 4056 manat cərimə olunublar. Həmin faktlarla bağlı bayram və qeyri-iş günləri olmasına baxmayaraq, ictimaiyyətə məlumat verilib”.

B. Məhəmmədovun sözlərinə görə, turistlərin ölkəyə gəlişi, hərəkət marşrutları ilə bağlı onlara məlumat verilmir: “Bu, bizim səlahiyyətimizdə deyil. Onların izlənməsi qanunvericilikdə nəzərdə tutulmayıb”.

O qeyd edib ki, həmin şəxslərin gətirdiyi ov ləvazimatlarına nəzarət oluna bilməz: “Qaxda qanunsuz ov edən əcnəbi turistlər ETSN-də ovçu kimi qeydiyyatdan keçməyiblər və onlara ölkə ərazisində ov etmək üçün ov icazəsi də verilməyib”.скачать dle 10.6фильмы бесплатно
30-03-2021, 22:03
Baxıs: 21 723
Reyting: