allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Arvadını güllələdi: özünü də öldürmək istədi, amma... » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Arvadını güllələdi: özünü də öldürmək istədi, amma...

Arvadını güllələdi: özünü də öldürmək istədi, amma... Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadının ölümü ilə bağlı təfərrüatlar məlum olub.
ONA -nın məlumatına görə, Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında binanın arxasında Təranə Novruzova adlı qadın əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib. Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu iki güllə arvadına vurduqdan sonra özünü güllələmək istəyib, lakin silah onun əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Kişi yaralı şəkildə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb. Hazırda cinayəti törədən şəxs əməliyyat olunur.
Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
20:24
Baxıs: 16160
Reyting: