Koronavirusa yoluxanlar 6 aydan sonra peyvənd oluna bilərlər

Koronavirusa yoluxan şəxslər 6 aydan sonra peyvənd oluna bilərlər.

Leqal.info xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində məlumat verilib.

Bildirilir ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir: “6 aydan sonra (tibbi cəhətdən qandakı anticisimlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər”.

Qeyd edək ki, fevralın 5-dən etibarən yaşı 65-dən yuxarı olan və həmçinin son 1 il ərzində “COVID-19” analiz nəticəsi pozitiv olmayan vətəndaşların peyvənd olunması ilə bağlı elektron qeydiyyat aktivləşib. Randevu.its.gov.az saytında qeydiyyatdan keçən şəxslərin bu gündən etibarən peyvəndlənməsinə başlanılır.скачать dle 10.6фильмы бесплатно
8-02-2021, 14:11
Baxıs: 31 519
Reyting: