“İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə...”

"Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir".

Bu barədə Leqal.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Açıqlamada bildirilir:

"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik".

Qeyd edək ki, bundan öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edib, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirmişdi.скачать dle 10.6фильмы бесплатно
14-01-2021, 23:12
Baxıs: 37 548
Reyting: