allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakıda bacı-qardaşa təcavüz edən manyaka 15 il cəza verildi » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakıda bacı-qardaşa təcavüz edən manyaka 15 il cəza verildi

Bakıda bacı-qardaşa təcavüz edən manyaka 15 il cəza verildi Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.İsmayılov 15 il azadlıqdan məhrum edilib.
İttihama görə, paytaxtın Suraxanı rayonunda Taleh İsmayılov yeniyetmə olan bacı-qardaşa qarşı seksual xarakterli hərəkətlər edib. Uşaqların valideynləri məsələdən xəbər tutub. Bundan sonra şikayət əsasında Taleh İsmayılov saxlanılıb.
Məlum olub ki, o, uşaqların valideynlərinin evdə olmayan vaxtlarında onlara qarşı zorla seksual xarakterli hərəkətlər edib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlərə məcbur etmə, on dörd yaşına çatmayan şəxsə qarşı törətmə) maddəsi ilə ittiham verilib.
11:01
Baxıs: 15520
Reyting: