Paşinyana verilən vaxt bitdi

Ermənistanın 16 müxalif partiyası istefa üçün Nikol Paşinyana verilən müddət bu gün İrəvan vaxtı ilə saat 12:00-da bitdiyi üçün vətəndaş itaətsizliyi aksiyalarına başlamağı planlaşdırır.

Leqal.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyanın ultimatuma məhəl qoymaması səbəbindən müxalif partiyalar tərəfdarlarını küçələrə çıxarmağa başlayıb.

“ARF Daşnaksütyun” Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan feysbuk hesabındakı videomüraciətində, Ermənistan vətəndaşlarını Nikol Paşinyanın istefa etməməsinə cavab olaraq ölkədə vətəndaş itaətsizliyinə başlamağa çağırıb.скачать dle 10.6фильмы бесплатно
8-12-2020, 14:03
Baxıs: 24 892
Reyting: