Seninem.Az > Gündəm / Manşet Yuxarı > Xanım başçı sabah toyu olacaq gəncin evini uçurtdu?
Xanım başçı sabah toyu olacaq gəncin evini uçurtdu?Tarix: 12-04-2019, 17:09. Müəllif: admin |
|
Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın Saray qəsəbəsində aprelin 13-ü toy mərasimi keçirəcək ailənin evini sökdürdüyü haqda məlumat yayılıb. Bildirilir ki, ailə həmin evdə 1999-cu ildən yaşayır. Leqal.info xəbər verir ki, məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, sözügedən ev İcra Hakimiyyəti tərəfindən sökülməyib: “Həmin evin sökülməsinin Abşeron rayon İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu barədə yalnız məhkəmə icraçıları danışa bilər. Bu, iki vətəndaşın arasında baş verən problemdir və məhkəmə çəkişməsinin nəticəsidir”. ![]()
Geri Qayıt |