Seninem.Az > Gündəm / Manşet Yuxarı > Prokuror sabiq MTN əməkdaşına cəza istəyib
Prokuror sabiq MTN əməkdaşına cəza istəyibTarix: 3-01-2019, 16:50. Müəllif: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Leqal.info-nun "Report"a istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxışında V.Allahverdiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 10-na təyin olunub. İttiham aktına əsasən, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib. Qeyd edək ki, dələduzluqda ittiham edilən V.Allahverdiyev daha əvvəl ləğv edilmiş MTN-də işləyib. Geri Qayıt |