Seninem.Az > Gündəm / Manşet Yuxarı > 6 hakimin səlahiyyətlərinə xitam verilib
6 hakimin səlahiyyətlərinə xitam verilibTarix: 21-12-2018, 19:24. Müəllif: admin |
Vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub. Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib. Eyni zamanda iclasda səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi barədə qərar qəbul olunub. 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun bilinib. Geri Qayıt |