Seninem.Az > Gündəm / Manşet Yuxarı > Ermənistanda parlament seçkilərində seçici passivliyi müşahidə olunur
Ermənistanda parlament seçkilərində seçici passivliyi müşahidə olunurTarix: 9-12-2018, 14:17. Müəllif: admin |
Ermənistanda növbədənkənar parlament seçkilərində yerli vaxt üzrə saat 11.00 üçün seçicilərin aktivliyi 7,76% təşkil edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Seçki Komitəsi sədrinin müavini Laura Qalstyan bildirib. L.Qalstyan deyib: "Saat 11:00 üçün seçkilərdə 201,2 min insan və ya seçicilərin 7,76 faizi iştirak edib". Ermənistanda 2017-ci ildə keçirilən parlamentr seçkilərində seçicilərin ilk 3 saatda aktivliyi 13,3 faiz təşkil etmişdi. Bundan əlavə, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Məclisinin beynəlxalq müşahidəçiləri qrupunun koordinatoru Mirlan Bakirov "Sputnik Armenia"nın müxbirinə bildirib ki, növbədənkənar parlament seçkilərində seçici passivliyi müşahidə edilir. Geri Qayıt |