Seninem.Az > Gündəm / Manşet Yuxarı > Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”
Spiker soyad sonluqlarının dəyişdirilməsini təklif edən deputata: “Bəs özün niyə dəyişmirsən?”Tarix: 5-10-2018, 14:35. Müəllif: admin |
|
Milli Məclisin deputatı Fərəc Quliyev soyad sonluqlarındakı "ov", "yev" sözlərinin götürülməsini təklif edib. Leqal.info Milli.Az -a istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında F.Quliyev deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən bunu etmək lazımdır. Deputat Aqil Abbas isə buna etiraz edib: "Soyadların sonluqların dəyişdirilməsi ilə bağlı məcburiyyət ola bilməz. Tutaq ki, mənim soyadım Abbasdır, amma nəslimdəki adamların soyadları Abbasovdur. Burada məcburiyyət niyə olsun ki?". Spiker Oqtay Əsədov da F.Quliyevə sual ünvanlayıb: "Fərəc Quliyev, bəs niyə özün dəyişmirsən?" Geri Qayıt |