Seninem.Az > Gündəm / Manşet Sağ > Bakı-Sumqayıt yolundakı tıxac Milli Məclisdə də müzakirə olundu
Bakı-Sumqayıt yolundakı tıxac Milli Məclisdə də müzakirə olunduTarix: 29-06-2018, 15:49. Müəllif: admin |
|
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Bakı-Sumqayıt yolunun təmirə dayandırılması məsələsi müzakirə olunub. Trend-in məlumatına görə, deputat Fəzail Ağamalı bildirib ki, hazırda təmir gedən hissədə yol 4 il öncə çəkilib: “Deyirlər ki, orada çatlar var. Tam məsuliyyətimlə deyirəm ki, o yolda çat yox idi. Hər gün o yoldan istifadə edirəm. Orada təmir işlərinin getməsi insanları narahat edir”. Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, ölkədə yüksək səviyyəli yollar çəkilir: “Mən Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşayıram. Bu əziyyəti mən də çəkirəm. Ancaq o yollar genişləndirilməlidir, bunun üçün də yol kənarındakı bəzi evlər sökülməlidir. Bütün bu məsələlər zamanla həll edilir”. Geri Qayıt |